Baş nazir Nikol Paşinyanın Tiflisə səfərindən sonra iki ölkə arasında sərhədin demarkasiyası prosesinin sürətləndirildiyi, Ermənistanın bəzi kəndlərinin Gürcüstana veriləcəyinə dair iddialar yayılıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, iki ölkənin sərhədində yerləşən Loru vilayətinin Alaverdi kəndinə bitişik ərazilərin demarkasiya zamanı Gürcüstan torpağı kimi qeydə alınacağı bildirilir.
Ermənistan Xarici İşlər Nazirliyi demarkasiya prosesinin sürətləndirildiyini açıqlayıb:
“Ermənistan və Gürcüstanın yüksək səviyyəli nümayəndələrinin son təmasları zamanı ümumi razılaşma əldə olunub. Sərhədlərin demarkasiya prosesinin sürətləndirilməsi qərarlaşdırılıb. Proseslə bağlı mütəmmadi şəkildə ictimaiyyətə məlumat veriləcək”.
Ermənistan XİN-in bu cavabı iddianı dolayı yolla təsdiqləmək və soğrudan yayınma kimi dəyərləndirilib.
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı