Kirmanşahda “Besət” futbol komandası ilə oynamağa gedən “Ümid Traktor”un futbolçuları stadionun girişində naməlum şəxslərin hücumuna məruz qalıblar.
BUTA.TV xəbər verir ki, bu barədə “Traktor” Futbol Akademiyasının direktoru Kazım Mahmudi məlumat yayıb.
“12 təbrizli futbolçuya soyuq silahla hücum edilib. Həmin şəxslər yeniyetmə oyunçuları döydükdən sonra onların şəxsi əşyalarını, forma və ayaqqabılarını oğurlayaraq qaçıblar”, - məlumatda deyilir.
Qeyd edək ki, bəzi mənbələrdə hücum edən şəxslərin kürdlərdən ibarət dəstə olduğu bildirilir.
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi