ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu müharibədə Ukraynaya deyil, Rusiyaya dəstək vermək qərarına gəlsə, amerikalılara qarşı çıxacaq.
BUTA.TV xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Zelenski bildirib ki, ABŞ-ın keçmiş lideri sadəcə olaraq Putinin məqsədlərini başa düşmür:
"Düşünürəm ki, Donald Tramp Putini tanımır. Onun Putinlə görüşdüyünü bilirəm, lakin o, heç vaxt Putinlə döyüşməyib. Heç vaxt. Mən daha yaxşı başa düşürəm. Məncə, o, Putinin heç vaxt dayanmayacağını anlamır”.
Qeyd edək ki, daha əvvəl Donald Tramp dəfələrlə 2024-cü ildə keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynada müharibəni 24 saat ərzində bitirəcəyinə söz verib.
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi