Təbriz Universitetində Təbriz, Üskü və Azərşəhr (Tufarqan) şəhərlərindən XII çağırış parlament seçkilərinə namizədlərin konfransında qalmaqal yaşanıb.
BUTA.TV xəbər verir ki, bu barədə yerli sosial media şəbəkəsində paylaşımlar edilib.
Qalmaqala Təbrizin İran parlamentindəki nümayəndəsi, keçmiş səhiyyə naziri Məsud Pezeşkianın tənqidi çıxışı səbəb olub.
“Biz hamımız oğruyuq. Burada oturanlar oğrudur. Əgər sistemi düz qursaydıq, bu gün adi hala çevrilən korrupsiya, mənimsəmə və fəsad bu qədər artmazdı. Problem sistemin özündədir. Adam dəyişməklə sistemi düzəldə bilməzsiniz”, - Pezeşkian deyib.
Təbrizli nümayəndənin bu çıxışı konfransda iştirak edən mühafizəkar siyasi cərəyana mənsub mollaların etirazlarına səbəb olub. Onlar Məsud Pezeşkianı ədəbsizlikdə, hakimiyyətə böhtan atmaqda ittiham ediblər.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır