Sabahkı matçda 2:4 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq.
BUTA.TV xəbər verir ki, bu sözləri Portuqaliyanın “Braqa” klubunun futbolçusu Simon Banza Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu barədə danışarkən deyib.
Evdə uduzmaqlarına baxmayaraq, hazırda çox istəkli olduqlarını bildirən 28 yaşlı hücumçu əlavə edib:
"Qarabağ" güclü komandadır. Bizim də məqsədimiz yaxşı oyunla növbəti mərhələyə adlamaqdır. Mümkünsüz heç nə yoxdur. Brumanın heyətə qayıtması komandamız üçün çox yaxşı oldu. O, keyfiyyətli futbolçudur. Həm qol vurmağı, həm də çox yaxşı ötürmə etməyi bacarır. Ümid edirəm ki, Bruma sabah mənə bir məhsuldar ötürmə verə biləcək”.
O, “Braqa” rəhbərliyinin komandanın qarşısına tələb qoymasına da münasibət bildirib:
“Bunun psixoloji cəhətdən kimə necə təsir etdiyini bilmək olmaz. Bir çoxları bunu təzyiq kimi görür, amma bu, bizə əksinə əlavə motivasiya verir".
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Portuqaliyadakı ilk matçda “Qarabağ” 4:2 hesablı qələbə qazanıb.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır