Yaşlandıqca bəzi orqanlarda problemlər yaranır. Bu problemlərin kəskinliyi isə pəhrizdən, nə qədər idman etdiyinizdən və genetika kimi bir sıra amillərdən asılıdır. Beyin yaşdan ən çox təsirlənən orqandır. Yaddaş problemləri və beyinlə bağlı bir çox xəstəliklər əksər yaşlılarda müşahidə edilir. Ancaq düzgün qidalanma ilə beynin gücünü qorumaq öz əlimizdədir.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, tədqiqatlara əsasən, müəyyən qidalardan daha çox istifadə etmək beyni qoruduğu kimi, bəzi qidalar isə əks təsir göstərir.
Həkim-onkoloq Cenin Bourinq beyin hüceyrələrini məhv edən iki qidanın adını açıqlayıb. O, bu qidaların marqarin və kartof qızartması olduğunu bildirib.
Həkimin sözlərinə görə, marqarin birbaşa beynə zərər verir:
"Beyni zədələyən qidalardan ən birincisi marqarindir. Marqarin trans yağlardan hazırlanır, bu da bütün bədəninizdə iltihaba səbəb olur, lakin xüsusilə beyin və sinir sisteminiz üçün təhlükəlidir. Trans yağlar beyin və sinir sisteminə mənfi təsir göstərir”.
Cenin Bourinqin sözlərinə görə, təkcə kartof qızartması yox, müəyyən yağlarda qızardılmış bütün qidalar beyin hüceyrələrini məhv edir:
"Təəssüf ki, mən də kartof qızartmasını sevirəm. Qızartma üçün əsasən bitki və ya kanola yağından istifadə olunur. Bu yağ turşuları da iltihaba səbəb olur. Araşdırmalar göstərdi ki, qızardılmış qidalar beyin üçün çox təhlükəlidir”.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır