Bu il Türkiyədə Ramazan ayı martın 11-də başlayacaq.
BUTA.TV xəbər verir ki, artıq bununla bağlı Türkiyə Dəyanət İşləri Nazirliyi məlumat yayıb.
Bildirilib ki, martın 11-i sübh tezdən sahurla niyyət ediləcək, həmin günün axşam azanı ilə ilk oruc açılacaq.
Qeyd edək ki, Azərbaycanda bu ilki Ramazan ayının ilk gününün hansı tarixə düşəcəyi ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsini (QMİ) hələlik fitva verməyib. Buna baxmayaraq, QMİ-nin İran “təqviminə” (İran hər zaman bir gün gecikmə ilə özünə “şiə çevrəsi” qurur və islamda ikitirəliyə liderlik edir – red.) bu il də uymayacağı və 11 martın ilk oruc günü olmasını elan edəcəyi gözlənilir.
Nazirlər Kabinetinin qərarına əsasən, aprel ayının 10-11 tarixlərində Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır