Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
BUTA.TV xəbər verir ki, təbrikdə qeyd olunur:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə Portuqaliya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır və ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.
Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən əlaqələri ikitərəfli səviyyədə bütün sahələrdə və çoxtərəfli konteksdə daha da inkişaf etdirəcəyik.
Cənab Prezident, bir daha Sizə təbriklərimi çatdırır, Azərbaycan xalqının firavanlığı və inkişafı üçün ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır