Polis əməkdaşları Biləsuvar və İmişlidə 20 min manatlıq oğurluqda şübhəli bilinən şəxsləri saxlayıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətininin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif obyekt və ərazilərdən oğurluqlar etməkdə şübhəli bilinən İmişli rayonunun Aranlı kənd sakinləri K.Balakişiyev, M.Mirzəyev və V.Nərmanlı müəyyən edilərək saxlanılıblar. Onların müxtəlif vaxtlarda Biləsuvar rayonu ərazisindəki ayrı-ayrı suvarma sahələrindən və mobil operatorlardan birinə məxsus radiostansiyadan ümumi dəyəri 10 min manatdan artıq olan elektrik avadanlıqları, su nasosu, naqillər və avtomobil ehtiyat hissələri oğurladıqları müəyyən edilib. Oğurlanan əşyaların bir qismi gizlətdikləri yerdən aşkarlanaraq götürülüb.
Polis əməkdaşlarının keçirdikləri əlavə əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərin İmişli rayonu ərazisindəki oğurluq əməllərinin də üstü açılıb. Belə ki, onların mobil baza stansiyasından və suvarma sahəsindən ümumi dəyəri 20 min manata yaxın olan müxtəlif məişət və elektrik avadanlıqlarını oğurladıqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır