İranın dini rəhbəri Əli Xamenei fevralın 18-də Tehranda Şərqi Azərbaycandan olan bir qrup şəxslə görüşüb.
BUTA.TV xəbər verir ki, o, görüşü zamanı martın 1-də keçiriləcək parlament və Ekspertlər Məclisinə seçkilərlə bağlı azərbaycanlılara çağırış edib:
"Hər kəs seçkilərdə iştirak etməlidir. Seçkilər İslam Respublikası sisteminin əsas sütunudur və ölkədə islahat aparmağın yolu seçkilərdən keçir".
İranda seçkilərin hər zaman şəffaf və ədalətli keçirildiyini iddia edən Xamenei bunun düşmənlər qarşısında milli birliyin təzahürü olduğunu vurğulayıb.
Qeyd edək ki, İranın "Vətəne emruz" qəzetinin keçirdiyi rəy sorğusuna görə, iranlıların 52 faizi seçkilərin keçiriləcəyi tarix barədə məlumatsızdır.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır