Ümumiyyətlə Bakı şəhərində 300 avtobus var ki, onlara nağdsız ödəniş terminallarıınn quraşdırılması mümkün deyil.
BUTA.TV xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Onun sözlərinə görə, bu avtobuslar yenilənməlidir:
"Bundan başqa, 200-ə yaxın avtobus var ki, onların da nağdsız ödənişə keçirilməsi yaxın vaxtlarda təmin ediləcək. Amma bu da, problemi tam həll etmir".
O vurğulayıb ki, hazırda araşdırmalar aparılır.
"Yaxın vaxtlarda avtobuslarda bank kartları da daxil olmaqla bütün kartlarla ödənişi mümkün etmək üçün işləri yekunlaşdırılması gözlənilir. Keçid dövrü üçün QR-kodla ödəniş etmək üçün tətbiq yaradılıb. QR kod keçid həldir. Biz yaxın vaxtlarda bank kartları ilə ödənişin həyata keçirilməsinə nail olacağıq. Bunda da əsas məqsəd karla sürətli ödənişin təmin edilməsidir. Belə ki, bank kartları ilə ödəniş hazırkı “Bakıkart”la ödənişdən 3 dəfə sürətlidir", - A.Rzayev bildirib.
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək