Prezident İlham Əliyevin yenidən prezident seçilməsindən sonra ilk səfəri məlum olub.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şoltsun Prezident İlham Əliyevə təbrik məktubunda bildirilib.
Şolts qeyd edib ki, İlham Əliyevlə Münhen Təhlükəsizlik Konfransında görüşəcəyindən şad olacaq.
Münhen Təhlükəsizlik Konfransı 16-18 fevral tarixlərində keçiriləcək.
Beləliklə, Prezident İlham Əliyevin ilk səfəri sabah Münhenə olacaq.
Ancaq bu, hansısa ölkəyə edilən rəsmi səfər deyil, Təhlükəsizlik Konfransında iştirakdır.
Böyük ehtimalla Prezident İlham Əliyevin seçkidən sonra səfər edəcəyi ilk ölkə ənənəvi olaraq Türkiyə olacaq.
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək