Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
BUTA.TV xəbər verir ki, məktubda qeyd olunub:
"Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Bu qələbə əhalinin rifahının yüksəlməsinə, sosial təminatının gücləndirilməsinə, eləcə də bir çox digər önəmli məsələlərə istiqamətlənən islahat proqramlarınızın xalq tərəfindən dəstəklənməsinin kulminasiya nöqtəsidir. Siz dövlət başçısı vəzifəsində nəhəng işlər görmüsünüz və Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətinizi davam etdirirsiniz.
Mənim Sizə və Sizin ölkənizə xüsusi münasibətimin olduğunu bilirsiniz. Dostluğumuzu və qarşılıqlı etimadımızı yüksək dəyərləndirirəm.
Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, hər zaman ruh yüksəkliyi və qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Ölkənizin ərazi bütövlüyünü bərpa etməklə Siz atanız Heydər Əliyevin arzusunu yerinə yetirdiniz, eyni zamanda xalqın qəhrəmanına çevrildiniz.
Ən xoş diləklərlə".
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək