KTMT Tacikistanın cənub sərhədlərində İŞİD yaraqlılarının sayının artdığını qeydə alıb.
BUTA.TV xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargah rəisi Andrey Serdyukov deyib.
“Mərkəzi Asiya regionunda sabitliyə əsas təhlükə İŞİD, Əl-Qaidə və digər beynəlxalq terror və ekstremist təşkilatlardan gəlir. Xüsusilə, Tacikistanın cənub sərhədi yaxınlığında İŞİD-in Əfqanıstan qolu – “Vilayəti Xorasan” və Pakistandakı Taliban hərəkatının sayının artması müşahidə olunur. Onların təlimi üçün səhra düşərgələrinin şəbəkəsi də genişlənir. Eyni zamanda əcnəbi döyüşçülərin əsas kontingenti Əfqanıstanın şimal əyalətlərində cəmləşib”, - Serdyukov bildirib.
Onun sözlərinə görə, hökumət qüvvələri ilə müxalifət arasında davam edən qarşıdurma, milli və dini azlıqların təzyiqləri, habelə iqtisadi vəziyyətin pisləşməsi səbəbindən miqrasiya axınının artması vəziyyəti daha da pisləşdirə bilər.
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək