Bütün bu faktlara baxmayaraq (12-13 fevralda baş verən sərhəd insidenti – red.), Nazirlər Kabinetimiz sülh prosesinə sadiqdir, çünki əminik ki, sülh prosesinin alternativi yoxdur.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan fevralın 13-də Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü ser Con Uittinqdeylin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı Ermənistan-Azərbaycan sərhədində bu gün baş vermiş insidentlə bağlı danışarkən deyib.
“Təbii ki, biz sülh prosesində konkret nəticələr əldə etmək üçün hər şeyi etməliyik və bunu edirik. Amma təəssüf ki, qarşı tərəfin siyasi iradəsi olmadan nəticə əldə etmək mümkün deyil”, - o bildirib.
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı