Husilərin Qırmızı dənizdə gəmilərə hücumları səbəbindən Böyük Britaniyada qara çay qıtlığı yaranıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Tayms” məlumat yayıb.
“Sainsbury's” pərakəndə satış şirkəti tədarükün kəsilməsinin müvəqqəti xarakter daşıdığını və istehlakçılara cüzi təsir göstərəcəyini bildirib.
Bununla belə, ekspertlər qıtlığın qiymətlərin artmasına və bir sıra malların əlçatanlığının azalmasına səbəb olacağını deyiblər.
Qeyd edək ki, Böyük Britaniyanın çay tədarükünün yarıdan çoxu Hindistan və Keniyadan gəlir. Hazırda ticarət gəmiləri ənənəvi olaraq Süveyş kanalından deyil, Ümid burnu vasitəsilə Afrika qitəsini dolanaraq keçməyə məcbur olurlar. Bu səbəbdən də çatdırılmalar 10-14 gün gecikir.
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı