Ermənistan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması ilə bağlı danışıqları uzadır.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində deyib.
Diplomat vurğulayıb ki, bu mövzu Azərbaycan tərəfi üçün çox vacibdir:
“Bu, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında dayanıqlı nəqliyyat marşrutunun, nəqliyyat yollarının olmasıdır. Birinci Qarabağ müharibəsi zamanı bütün əlaqələr kəsilib, Naxçıvanın elektroenerji ilə təchiz olunması dayandırılmışdı. Ona görə də Azərbaycan üçün marşrutun (təxminən 46 km-dir) təhlükəsizliyi mücərrəd mövzu deyil”.
Səfirin sözlərinə görə, bu marşrutda tunellər və körpü var:
“Rusiya Federasiyası öz vəsaiti hesabına onu yetərincə tez bərpa etməyə hazır idi. Müxtəlif, mənə çox da aydın olmayan səbəblərdən Ermənistan tərəfi danışıqları gecikdirir. Nəticə olaraq, ötən il Bakı və Tehran arasında İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair razılaşma imzalanıb. Orada bir az daha uzundur – 60 km-filan, marşrut daha mürəkkəbdir, lakin bu işlər artıq gedir. Bütün bu illər ərzində Azərbaycanla Naxçıvan arasında avtomobil yolu ilə yük daşımaları İran ərazisindən keçirdi.
Üstəlik bu Türkiyəyə gedən marşrutdur. İndi əsas odur ki, Türkiyədən Naxçıvana dəmir yolları çəkilsin, ikili yol nəzərdə tutulub – Avropa və sovet. Müvafiq olaraq, Azərbaycan, İran və Naxçıvan vasitəsilə Rusiyadan Türkiyəyə yük daşıya biləcəyik”.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi