İran həmişə regional problemlərin və böhranların həllinin bir hissəsi olub. Bu çətin günlərdə ölkəm regionda sülhün və sabitliyin təmin olunması üçün səylərini davam etdirəcək. İran regionda sabit sülhü qoruyur. İstənilən sülh ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti əhatə etməlidir.
BUTA.TV xəbər verir ki, bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sübhani İran İslam İnqilabının 45-ci ildönümü ilə bağlı İrəvanda keçirilən mərasimdə deyib.
O bildirib ki, İran regional təşəbbüsləri, o cümlədən Baş nazir Paşinyanın təqdim etdiyi və ölkələrin milli suverenliyi çərçivəsində kommunikasiyaların açılmasına yönələn “Sülh qovşağı” təşəbbüsünü alqışlayır və dəstəkləyir.
Sübhani həmçinin Ermənistanın Təbrizdə Baş Konsulluğunun açılmasının iki ölkə arasında münasibətlərə daha da təkan verəcəyini iddia edib.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi