Kiyevdə etirazçılar Ukrayna Silahlı Qüvvələrinin istefaya göndərilmiş baş komandanı Valeri Zalujnının geri qaytarılmasını və prezident Vladimir Zelenskinin istefasını tələb etmək üçün Maydana toplaşıblar.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, Ukrayna mətbuatının məlumatına görə, insanlar fevralın 9-u axşam saatlarında mitinqə toplaşmağa başlayıb. Əvvəlcə iyirmiyə yaxın insan afişalarla dayanıb, sonradan onların sayı 150-yə yüksəlib.
Etirazçılar “General Zalujnı”nın geri qaytarılmasını tələb edir və “Cəhənnəmdən çıxın” şüarları səsləndirirlər. Polis hələ də fəaliyyətsizdir, baş verənləri sakitcə izləyir. Çox güman ki, kütlə qeyri-qanuni hərəkətlər etməsə, polis müdaxilə etməyəcək.
Eyni zamanda, ekspertlər qeyd edirlər ki, “Maydan” bir növ “Rubikon”a çevrilə bilər: Poroşenko, Kliçkonun tərəfdarları, Ukrayna Silahlı Qüvvələrinin Kiyevdə yerləşən millətçiləri və yaraqlıları arasından alovlu rəqiblər bunun mümkün və zəruri olduğu qənaətinə gəlsələr, növbəti etirazlar daha böyük, kütlə isə daha radikal ola bilər.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi