Rusiya Prezidenti Vladimir Putinlə Çin Sədri Si Szinpin arasında telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, ölkə rəhbərləri ötən dövr ərzində Rusiya-Çin hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələrin inkişafına dair yekun müzakirə aparıblar.
İkitərəfli ticarət dövriyyəsinin rekord həddə - 227,7 milyard dollara çatması məmnunluqla qeyd olunub.
Szinpin Rusiyanın BRİKS Assosiasiyasına sədrliyinin prioritetlərini dəstəklədiyini bildirib.
Bundan əlavə, Putin və Szinpin Fələstin problemini, Tayvan məsələsini və Ukraynadakı mövcud vəziyyəti gündəmə gətiriblər.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi