Azərbaycanda keçirilən əvvəlki seçkilərdən fərqli olaraq budəfəki seçkidə seçicilərin iştirakı daha yüksək səviyyədə idi.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ-ın "Oracle Advisory Group" təşkilatının nümayəndəsi Vlada Qalam "Hilton" oteldə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, budəfəki seçkilər tarixi əhəmiyyət daşıyıb.
"Yenidən Azərbaycana qayıdıb seçkini müşahidə etmək bizə nəsib olduğuna görə sevinirik. Belə ki, Azərbaycanda daha öncəki seçkiləri də müşahidə etmək imkanımız olub. Bu seçki tarixi əhəmiyyət daşıyır. Biz ilk dəfədir ki, Qarabağda, Şərqi Zəngəzurda seçkini müşahidə edə bildik.
Müşahidəmiz 40 seçki dairəsini əhatə edib, 30 sahə nəzarətçimiz və 1000-dən çox müsahibə alan heyətimiz olub. Fəxrlə söyləyirik ki, Azərbaycanda 63 mindən çox seçicidən müsahibə almışıq".
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi