Azərbaycanda yaxın aylarda daha bir seçki keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə ReAL İH üzvü, iqtisadçı Natiq Cəfərli məlumat yayıb. O bildirib ki, ölkəmizdə parlament seçkiləri yaxın bir neçə ayda baş tutacaq.
Qeyd edək ki, parlament seçkiləri 2020-ci ilin fevralında keçirilib və növbəti seçki 2025-ci ilin fevralında olmalıdır. Ancaq Azərbaycan qanunvericiliyinə görə, parlament seçkiləri noyabr ayının ilk həftəsinin çərşənbə günü keçirilməlidir. Bu isə o deməkdir ki, Milli Məclisə seçkilər gecikəcək. Qanunvericiliyə görə, seçkilər irəli çəkilə bilər, ancaq vaxtından gec keçirilə bilməz.
2024-cü ilin noyabrında seçkilərin keçirilməsi isə mümkünsüz görünür. Çünki bu il noyabrın 11-dən 24-nə qədər ölkəmizdə irimiqyaslı tədbir – COP29 baş tutacaq və Azərbaycana ən azı 80 min qonağın gələcəyi gözlənilir. Belə bir məqamda parlament seçkilərinin keçirilməsi əlavə problem yarada bilər.
Buna görə də bir çox hüquqşünas parlament seçkilərinin yay aylarında keçiriləcəyini iddia edir.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi