Seçkilər günü səs verənlərin qəlblərini nikbinliklə doldurur. Çünki söhbət təkcə bülletendə öz mövqeyini, sadəcə, ifadə etməkdən getmir, söhbət hər bir ailənin, hər bir insanın, hər bir azərbaycanlının gələcəyə səs verməsindən gedir. İnsanlar sabitliyə, iqtisadi və sosial tərəqqiyə səs verirlər.
BUTA.TV xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin söyləyib.
O qeyd edib ki, Azərbaycanda bu hadisəni gözləyir, ona hazırlaşırdılar:
“Biz bilirik ki, yeddi namizəd qeydə alınıb. Əminəm ki, güclü olan qalib gələcək. Bu gün səs verənlər Azərbaycanın müasir, dinamik ölkəyə çevriləcəyinə ümid bəsləyirlər. Məhz bu amil belə böyük sayda seçicini seçki məntəqələrinə gətirir. Bu, həm göz oxşayır, həm də könül sevinir. Bu cür şərait yaratmağı bacaran təşkilatçılara “Çox sağ ol!” deyirəm”.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi