Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində Şuşada 1 189 nəfər seçici səs verəcək.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd dairə seçki komissiyasının azad edilən Şuşa şəhərində yeni yaradılan 105 saylı seçki məntəqəsinin katibi Elnur Məhərrəmov deyib.
O bildirib ki, məntəqədə 7 fevral növbədənkənar prezident seçkiləri günü 1 189 nəfər seçici səs verəcək və artıq bildirişlərin paylanması prosesi başa çatıb.
“Sevindirici haldır ki, seçicilər özləri məntəqəyə gələrək prezident seçkilərinə xüsusi maraq göstərirlər. İndiyə kimi bir çox seçicilərimiz yaşadıqları yerdən çıxarış vərəqələri alaraq burada səs verməyə can atırlar. Bu baxımdan deyə bilərəm ki, builki seçkilərə xüsusi fəallıq var”, - o deyib.
- FHN ATU-da maarifləndirmə tədbiri keçirdi
- Ötən ay ən çox yağıntı Bakıya düşüb - Mahmudov
- ABB yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seçildi!
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı