Seçki Məcəlləsində bələdiyyə seçkiləri ilə bağlı müəyyən məsələlər sadələşdirilməlidir. Birinci növbədə bələdiyyələrin sayı hədindən artıq çoxdur, azaldılmalıdır. Türkiyə kimi dövlətdə təxminən 800 bələdiyyə var, bizdə 1600. Türkiyədə və Avropada bir şəhərə bir nəfər bələdiyyə seçirlər, o, işiylə məşğul olur. Bələdiyyə sədrlərinin də xalq tərəfindən seçilməsinin Məcəllədə əksini tapmasını istəyirik. Digər məsələ odur ki, namizəd olmaq üçün tələb olunan sənədlər çoxdur.
BUTA.TV xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov prezidentliyə namizədlə bələdiyyə üzvünə namizədlərin təxminən eyni sənədlər təqdim etməli olduğunu söyləyib:
“Bu cür sənədlərin yığılması çətinlik yaradır. Növbəti seçkilərdə azad edilmiş ərazilərimizdə də bələdiyyətləri formalaşdıracağıq. Orada da nümunəvi bələdiyyələrin formalaşdırılması üçün əsaslar yaranmalıdır”.
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- Speys TV-yə yeni direktor təyin edildi
- Qaraheybətdə bədbəxt hadisə: kursant öldü
- Dövlətə xəyanət edən daha bir nəfərə hökm oxundu