Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Ukrayna üzrə sülh danışıqlarını bərpa etməyi təklif edə bilər.
BUTA.TV xəbər verir ki, bunu türkiyəli analitik Engin Özer deyib.
“İstanbul prosesi zamanı əldə edilən irəliləyiş sülh danışıqlarının əsasını təşkil edə bilər. Atəşkəs razılaşmasına nail olmaq üçün Türkiyə tərəflər arasında birbaşa danışıqlar olmadan vasitəçi kimi çıxış edə bilər”, - o bildirib.
Özer qeyd edib ki, son bir neçə gündə ABŞ və Türkiyə Ankarada sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparır.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putunin 12 fevralda Türkiyəyə səfər edə biləcəyi haqda məlumat yayılıb.
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- Speys TV-yə yeni direktor təyin edildi
- Qaraheybətdə bədbəxt hadisə: kursant öldü
- Dövlətə xəyanət edən daha bir nəfərə hökm oxundu