Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının vəzifədən azad edilməsi haqqında fərman bu həftə imzalanacaq.
BUTA.TV xəbər verir ki, bu barədə CNN vəziyyətlə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.
“Zelenski yanvarın 29-da ofisində keçirdiyi iclasda Zalujnını işdən çıxarmaq qərarına gəldiyini bildirib. Ukrayna Prezidenti Zalujnıya başqa vəzifə təklif etsə də, o, bundan imtina edib. O zaman Zelenski qeyd edib ki, yeni vəzifədən imtina Zalujnının Ukrayna Silahlı Qüvvələrinin baş komandanı postundan azad ediləməcəyi anlamına gəlmir”.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı postuna mümkün namizədlər arasında Hərbi Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sırskinin adları hallanır. Lakin onların hər ikisi bu təklifdən imtina edib.
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- Speys TV-yə yeni direktor təyin edildi
- Qaraheybətdə bədbəxt hadisə: kursant öldü
- Dövlətə xəyanət edən daha bir nəfərə hökm oxundu