Son bir ildə minlərlə rus və on minlərlə çinli də daxil olmaqla, 170 ölkədən qeyri-qanuni miqrant ABŞ-a naməlum niyyətlərlə gəlib.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson ölkədə artan terror təhlükəsi ilə bağlı xəbərdarlıq edərkən deyib.
“Onlar düşmən ölkələrdən, terror bölgələrindən gəlirlər. Onların nə düşündükləri barədə heç bir məlumatımız yoxdur, lakin 2023-cü maliyyə ilində sərhəd agentləri 170 müxtəlif ölkədən, o cümlədən İran və Suriyadan yüzlərlə, Rusiyadan minlərlə, Çindən on minlərlə qeyri-qanuni immiqrantla qarşılaşıblar”, - M.Conson vurğulayıb.
O bildirib ki, sərhəddə təhlükəsizlik təmin edilməsə, terror aktı qaçılmaz olacaq:
“Mənə deyin ki, bu, təhlükəli deyil. Sərhədi dərhal təmin etməsək və bu təhlükəli terrorçuları qovmasaq, ABŞ daxilində qarşısıalınmaz terror aktı törədilə bilər”.
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- Speys TV-yə yeni direktor təyin edildi
- Qaraheybətdə bədbəxt hadisə: kursant öldü
- Dövlətə xəyanət edən daha bir nəfərə hökm oxundu