Ermənistanın Baş naziri Nikol Paşinyan Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Həmsöhbətlər siyasi, iqtisadi, humanitar əlaqələrin və birgə layihələrin genişləndirilməsinə yönəlmiş Ermənistan-Çexiya münasibətlərinin gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.
Tərəflər regionda təhlükəsizliyin və sabit sülhün bərqərar olması perspektivləri barədə fikir mübadiləsi aparıb, Paşinyan Ermənistanın əsas yanaşmalarını təqdim edib.
Qeyd edək ki, Adamovanın Ermənistanda Bakıya qarşı saxta ittihamlar səsləndirməsi XİN-in cavabına səbəb olub.
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- Speys TV-yə yeni direktor təyin edildi
- Qaraheybətdə bədbəxt hadisə: kursant öldü
- Dövlətə xəyanət edən daha bir nəfərə hökm oxundu