Qarabağda hərbi sənaye müəssisəsinin tkilməsinə ehtiyac var.
Bunu BUTA.TV-a millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, Milli Məclisdə azad olunan ərazilərdə hərbi sənaye müəssisələrinin tikilməsi ilə bağlı təklif də verib:
“Bu təkliflə bağlı Milli Məclisin növbəti iclaslarında qərar veriləcək. Ümumiyyətlə azad olunan ərazilərdə hərbi sənaye müəssisəsinin tikilməsinə ehtiyac var. Bu istiqamətdə Müdafiə Sənayesi Nazirliyi Ağdam və Cəbrayıl rayonlarında müvafiq işlər görməlidir. Həmin sənaye müəssisəsində ağır texnika və silahlar yox, hərbi təyinatlı məhsullar, patron darağı və güllələr istehsal etmək olar. Sovet dövründə də Ağdam rayonunda hərbi sənaye müəssisəsi olub”.
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi