Pakistanın keçmiş baş naziri İmran Xan daha 14 il həbs cəzasına məhkum edilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Dawn” nəşri yazıb.
Bildirilib ki, o və həyat yoldaşı Buşra Bibi korrupsiyada ittiham olunaraq 14 il azadlıqdan məhrum ediliblər.
Onların hər ikisinə 10 il müddətinə dövlət vəzifəsi tutmaq qadağan edilib.
Məlumata görə, proses Adiala həbsxanasında baş tutub.
Qeyd edək ki, İ.Xan və Pakistanın keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi yanvarın 30-da 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onlar dövlətə xəyanətdə ittiham olunurlar.
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi