Yayımlanan ittiham aktına əsasən, Azərbaycan Respublikasının səfirliyinə hücumu törədən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməkdə, Azərbaycan vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah almaqda, saxlamaqda və ictimai asayişi pozmaqda ittiham olunur. Motiv yenə də şəxsi zəmində qisas saxlanılıb.
Bu sözləri BUTA.TV-a güneyli vəkil, Azərbaycan İnsan Haqları Təşkilatının sədri Nağı Mahmudi deyib.
O bildirib ki, Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəmə prosesini izləyir:
“Siyasi Münasibətlər haqqında Vyana Konvensiyasına əsasən, hökumətlər öz ölkələrində xarici səfirliklərin və diplomatların mühafizəsi və təhlükəsizliyinə cavabdehdirlər. Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyası 1974-cü il martın 15-də Məhəmməd Rza şah Pəhləvi tərəfindən təsdiq edilib. İndiki hökumət də onu imzalamış sayılır. Məhkəmənin beynəlxalq hüquq çərçivəsində aparıldığını demək çətindir. Motivin də şəxsi qisas zəminində saxlanılması Azərbaycan tərəfini qane etməyə bilər. Buna baxmayaraq, böyük ehtimalla hücumu törədən şəxsin cəzası edam hökmü olacaq”.
Qeyd edək ki, hücum təşkil olunandan bir il sonra, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin məhkəmə iclası keçirilib. Hakim iş üzrə icraatın başa çatmasını elan edib və hökmün qanuni müddət ərzində çıxarılacağını bildirib.
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi