İsveçrə Ukraynaya təkrar ixrac oluna bilməyən 25 "Leopard 2A4" tankından 9-nu Almaniyaya təhvil verib.
BUTA.TV xəbər verir ki, bu barədə İsveçrənin Müdafiə, Mülki Müdafiə və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ilk çatdırılma dəmir yolu ilə təşkil edilib. Qalan 16 tank yanvarın 31-dək Almaniyaya təhvil veriləcək.
Qeyd edək ki, 2023-cü ilin noyabrında İsveçrə Federal Şurası tankları istehsal edən "Rheinmetall Landsysteme GmbH" şirkəti tərəfindən Almaniyaya 25 ədəd "Leopard 2 A4" tankının ixracı üçün müraciəti təsdiqləyib.
Berlin İsveçrəni əmin edib ki, tanklar Almaniya, NATO və ya AB-də qalacaq.
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi