Ermənistan İstintaq Komitəsi İrəvanda Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir edilməsi faktı ilə bağlı cinayət işi açıb.
BUTA.TV xəbər verir ki, komitənin mətbuat katibi Qor Abramyanın məlumatına görə, mediada gedən materialları öyrəndikdən sonra xuliqanlıq maddəsi ilə iş açılıb.
İstintaq həmçinin hadisəni törədənin şəxsiyyətini də müəyyən edib.
Qeyd edək ki, İrəvanda yerli sakin Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir edib. O, abidənin faşistlər üçün ucaldıldığını bildirərək, əklilləri dağıdaraq, üzərində olan Rusiya bayraqlarını tapdalayıb.
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi