Brüsseldə başlayan “Global Gateway” investor forumunda Ermənistan hökumətinin “Sülh qovşağı” (“Dünyaların kəsişməsi”) layihəsi təqdim olunub.
BUTA.TV xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Məlumata görə, “Cənubi Qafqaz və Türkiyə: Mərkəzi Asiya ilə Avropa arasında güclü əlaqə” panel müzakirəsi çərçivəsində “Sülh qovşağı” layihəsini Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan təqdim edib.
“Proqramın əsas prinsipi ondan ibarətdir ki, bütün infrastruktur, o cümlədən avtomobil yolları, dəmir yolu və hava yolları, boru kəmərləri, kabellər, elektrik xətləri keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərsin.
Son geosiyasi hadisələr sübut etdi ki, nəqliyyat marşrutlarının şaxələndirilməsi regional bazarlara malların tədarükünün fasiləsizliyi üçün həyati əhəmiyyətlidir. Məhz buna görə də Ermənistan hökuməti “Sülh qovşağı” təşəbbüsünü irəli sürdü. Əməliyyatın ilk ilində o, region ölkələri vasitəsilə 4,7 milyon ton yük və 300 min sərnişin daşıyacaq. 2050-ci ilə qədər Ermənistanın dəmir yolu infrastrukturu ilə region ölkələri arasında daşınan yüklərin həcmi təxminən 10 milyon ton olacaq”, - Simonyan bildirib.
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi