Təbrizdə Xoy bölgəsində zəlzələdən xəsarət alanlara yardım və onların problemlərinə diqqət çəkmək məqsədilə foto-sərgi keçiriləcək.
Kult.az xəbər verir ki, bu barədə sərgi təşkilatçıları məlumat yayıb.
Bildirilib ki, 30 yanvardan 3 fevrala kimi davam edəcək sərgidə 13 azərbaycanlı fotoqrafın Xoy zəlzələsi ilə bağlı əsərləri təqdim olunacaq.
Sərgi Təbrizin 22 Bəhmən Mədəniyyət Kompleksinin Ustan Naxçıvani qaleriyasında baş tutacaq. Sərgidən və əsərlərin satışından toplanacaq vəsait zəlzələdən xəsarət alan uşaqlara xərclənəcək.
Qeyd edək ki, 2023-cü ilin yanvar ayının 28-də Qərbi Azərbaycan əyalətinin Xoy bölgəsində baş verən 5.9 bal gücündə zəlzələ nəticəsində yüzlərlə insan yaralanıb. Evləri dağılan və xəsarət alan 130 min nəfər çadır düşərgələri və konteyner sığınacaqlara yerləşdirilib.
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi