Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Beyləqan rayonunun İmamverdilər kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Nazirlikdən BUTA.TV-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti “Kamaz” markalı yük avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi
- Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi