Mən Brüsseldəyəm. Tərəfdaşlarımızın özləri şayiələrdən şoka düşüblər. Ediləcək ən yaxşı şey şayiələri dərhal təkzib etməkdir.
BUTA.TV xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Zalujnının istefa xəbərinin yayılmasını şərh edərkən Teleqram hesabında bildirib.
"Baş komandanın işdən çıxarılması ilə bağlı fərman varsa, onu cırmaq lazımdır, çünki bu kadr qərarının nəticələri çox mənfi olacaq", - Poroşenko vurğulayıb.
Qeyd edək ki, ötən gün Ukraynanın Teleqram kanallarında Valeri Zalujnının işdən çıxarıldığı xəbəri yayılsa da, Ukrayna Müdafiə Nazirliyi və Prezident Ofisi məlumatı təkzib edib.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi