Niderland “Ramşteyn” formatında keçirilən görüşün yekunlarına əsasən, Ukraynaya 122 milyon avro dəyərində hərbi yardım ayırıb.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, vəsaitin böyük hissəsi - 87 milyon avro Ukrayna üçün 155 mm-lik artilleriya mərmisinin alınmasına sərf olunacaq.
Daha 25 milyon avro Böyük Britaniyanın rəhbərlik etdiyi və hərbi texnikanın, xüsusən də hava hücumundan müdafiə sistemləri, döyüş sursatı və ehtiyat hissələrinin birbaşa istehsalçılardan birgə alınmasını maliyyələşdirən Beynəlxalq Ukrayna Fonduna köçürüləcək.
Qalan 10 milyon avro isə Ukraynada kibermüdafiənin gücləndirilməsi üçün nəzərdə tutulur.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi