Azərbaycana dayə kimi iş təklifi alaraq gələn və aldadılan afrikalı qadın iş tapıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin direktoru Mehriban Zeynalova məlumat paylaşıb.
“Xanım bir müddətdir ki, sığınacağımıza yerləşdirilmişdi. Artıq xarici vətəndaş 1500 dollar müqabilində dayə işi tapıb. Onu işə götürən də elə xarici ölkə vətəndaşıdır. Xanımın dayə işlədiyi ev sahibləri tezliklə Londona köçəcəklər və dayə də onlarla birlikdə gedəcək. Onu da qeyd edək ki, xarici vətəndaş sığınacağa daxil olduğu gündən bütün dövlət qurumları məlumatlandırıb və xanım dövlət nəzarətindədir”, – deyə Birliyin direktoru qeyd edib.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi