Belqorod yaxınlığında Ukrayna raketi ilə vurulan İl-76 hərbi-nəqliyyat təyyarəsinin uçuş registratorlarının ilkin transkripti başa çatıb. Ekspertlər alınan məlumatları öyrənməyə başlayıblar.
BUTA.TV xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadən məlumat yayıb.
“İlkin məlumatlar alınıb. Əslində maksimum yarım saata deşifrə edilir, sonra mənası öyrənilir”, - mənbə bildirib.
Qeyd edək ki, yanvarın 24-də 65 ukraynalı əsiri dəyişdirmək üçün daşıyan Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsini Belqorod vilayətində qəzaya uğrayıb. Qəza zamanı 65 əsir, o cümlədən 6 ekipaj üzvü və 3 müşayiətçi hamısı ölüb. Rusiya MN təyyarəni Ukrayna ordusunun vurduğunu açıqlayıb.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi