Amerika regiondakı qüvvələrinə qarşı bu hücumlara dözməyəcək və bu hərəkətlərə cavab verəcək.
BUTA.TV Foks TV-yə istinadla xəbər verir ki, bu sözləri ABŞ müdafiə naziri Lloyd Ostin ABŞ bazasına hücumla bağlı deyib.
O, hücuma görə məsuliyyəti iranyönlü qrupların daşıdığını bildirib.
Qeyd edək ki, İordaniyanın Suriya ilə sərhəd ərazisində yerləşən ABŞ bazasına PUA hücumu nəticəsində 3 hərbçi ölüb, 34 əsgər yaralanıb. İordaniya bazaya hücumun Suriya ərazisindən edildiyini açıqlayıb.
ABŞ lideri Bayden hazırda Ağ Evdə bununla bağlı təcili iclas keçirir.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi