Futbol üzrə Türkiyə Superliqasında XXIII turun növbəti matçları keçirilib.
BUTA.TV xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
"Başakşəhər" səfərdə "Konyaspor" üzərində 3:2 hesablı əzmkar qələbə qazanıb. “Karagümrük” doğma meydanda “Rizəspor”a 4 cavabsız qolla qalib gəlib. “Beşiktaş” bu turda məğlubiyyətlə üzləşib. İstanbul təmsilçisi Sivasda yerli komandaya minimal hesabla uduzub.
Günün son matçında isə "Fənərbağça" öz meydanında "Ankaragücü"nü üstələyib - 2:1.
Bu nəticələrdən sonra turnir cədvəlinə 60 xalla "Fənərbağça" başçılıq edir. Bir oyun az keçirən "Qalatasaray" 57 xalla ikincidir. Üçüncü pillədəki "Trabzonspor"un 37, dördüncü sıradakı "Beşiktaş"ın isə 36 xalı var.
Tura yanvarın 29-da keçiriləcək dörd oyunla yekun vurulacaq.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi