İsrail Livanın dərinliklərində genişmiqyaslı hücuma hazırlaşır.
BUTA.TV xəbər verir ki, bu barədə Livanın LBC dövlət kanalı məlumat yayıb.
Telekanal qeyd edir ki, ərəb ölkələrindən biri “ölkədə xaos yaratmaq məqsədi ilə” İsrailin Livana planlı hücumu barədə “Hizbullah” hərəkatının rəsmi nümayəndələrinə məlumat verib.
İsrail mediası da Livanın cənub sərhədi boyunca qüvvələrinin hərəkəti barədə məlumat yayıb və bildirib ki, Qəzzanı tərk edən minlərlə əsgər Livan sərhədinə çatıb. Həmçinin yüzlərlə tank da Livana doğru hərəkət edib.
Qeyd edək ki, son üç ayda Hizbullah və İsrail qüvvələri demək olar ki, hər gün artilleriya və raket zərbələri “mübadiləsi” aparır.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi