İngiltərə, Fransa və Almaniya JCPOA kimi tanınan nüvə razılaşmasının avropalı üzvləri olaraq, İran tərəfindən “Soraya” peykinin orbitə buraxılmasını pisləyən birgə bəyanat yayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda bildirilib.
Bəyanatda xatırladılıb ki, bərk yanacaqlı “Qaim 100” daşıyıcısı və orbitə çıxarılan “Soraya” peykində İranın uzaqmənzilli ballistik raket texnologiyasından istifadə edilib:
“Bu cür buraxılışlar İrana ballistik raket proqramını daha da inkişaf etdirmək üçün istifadə edə biləcəyi texnologiyaları sınaqdan keçirməyə imkan verir ki, bu da regional və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaradır”.
Qeyd edək ki, İran "Soraya" peykini bu ilin yanvarın 20-də orbitə çıxarıb.
- Leyla Əliyeva bu sərginin açılışında iştirak etdi
- Bakıda şəhid ailəsini təhqir edən şəxs həbs olundu - Foto
- Gələn ay neçə gün iş olmayacaq?
- AzTV əməkdaşı "torpaq alıcısı" oldu, nələr üzə çıxdı? - Video
- Əksəriyyət məlumatsızdır: Pensiyaçılar bu vergilərdən azaddır
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı