Azərbaycan millisinin üzvü Dadaş Dadaşbəyli Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-pri turnirinin qalibi olub.
BUTA.TV xəbər verir ki, 109 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda bütün rəqiblərini qabaqlayıb.
Dadaşbəyli birdənqaldırmada 176 kq-ı ram edib və bu hərəkətdə birinci olub.
Təkanlaqaldırmada isə 212 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb. Toplam 388 (176+212) kq nəticə göstərən Dadaş yekun sıralamada da hamını qabaqlayıb və yarışı çempion kimi başa vurub.
Qeyd edək ki, II Qran-pri turnirində 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir.
- Leyla Əliyeva bu sərginin açılışında iştirak etdi
- Bakıda şəhid ailəsini təhqir edən şəxs həbs olundu - Foto
- Gələn ay neçə gün iş olmayacaq?
- AzTV əməkdaşı "torpaq alıcısı" oldu, nələr üzə çıxdı? - Video
- Əksəriyyət məlumatsızdır: Pensiyaçılar bu vergilərdən azaddır
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı