MDB Azərbaycana müşahidəçi göndərir

13:06 - 13 Dekabr 2023 - GÜNDƏM

 MDB Azərbaycana müşahidəçi göndərir

Müstəqil Dövlətlər Birliyi Azərbaycan və Rusiyada keçiriləcək prezident seçkilərinə, həmçinin 2024-cü ilin fevralında Belarusda baş tutacaq parlament və yerli seçkilərə müşahidəçilər göndərməyi planlaşdırır.

BUTA.TV xəbər verir ki, bunu MDB Baş katibi Sergey Lebedev deyib.

“Gələn il MDB-nin aparıcı ölkələrində seçkilər ilidir. İlk seçkilər fevralın 9-da Azərbaycanda olacaq və biz artıq dəvət almışıq. Daha sonra Belarusda parlament seçkiləri, mart ayında isə Rusiyada prezident seçkiləri keçiriləcək. MDB İcraiyyə Komitəsi artıq bu seçkiləri müşahidə etməyə hazırlaşır”, - Lebedev bildirib.

Onun sözlərinə görə, müşahidəçi missiyasının göndərilməsi üçün rəsmi Bakıdan yazılı dəvət göndərilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol