Nigerdə qalan fransız qoşunları dekabrın 22-dək ölkəni tərk edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Frans-Press” agentliyi Niger ordusuna istinadla məlumat yayıb.
“Dekabrın 22-dək bütün fransız əsgərləri, eləcə də onların texnikası nəhayət Nigeri tərk edəcək”, - məlumatda qeyd olunub.
Niger hökumətinin nümayəndəsi ORTN telekanalına müsahibəsində deyib ki, Fransanın 1346 hərbçisi və texnikasının 80 faizi artıq ölkəni tərk edib. Hazırda Nigerdə Fransa hərbi kontingentinin 157 nümayəndəsi qalıb ki, onların da 75-i texniki heyətdir.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi