Britaniya Parlamentində Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar nəticəsində Azərbaycan Respublikasının Prezident Administrasiyası və Ermənistan Respublikasının Baş nazirinin ofisi tərəfindən verilmiş 7 dekabr tarixli birgə bəyanata dəstək ifadə olunub.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən BUTA.TV-a verilən məlumata görə, İcmalar Palatasının üzvü David Duquid Parlamentdəki çıxışında birgə bəyanata tarixi hadisə kimi istinad edib. O, Azərbaycanla Ermənistan arasında davamlı sülh müqaviləsinin əldə edilməsi istiqamətində Britaniya hökuməti tərəfindən görülən işlər barədə sual verib.
Cavab olaraq Britaniya Xarici İşlər Nazirliyində Avropa üzrə nazir Leo Dokerti bildirib ki, Azərbaycan və Ermənistanın ikitərəfli münasibətləri normallaşdırmaq barədə niyyətlərini təsdiq edən birgə bəyanat vermələri ruhlandırıcıdır. Nazir qeyd edib ki, Britaniya Azərbaycan və Ermənistanın tarixi və davamlı sülh əldə etmək istiqamətindəki səylərini tam şəkildə dəstəkləyir.
- Sabirabadda geniş ərazilər su altında qaldı
- Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu
- Elgizin verilişinin yerinə bu proqram başladı
- Şagirdə şiddət göstərən müəllim tənbeh olundu
- Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası keçirildi
- FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
- Bir "plastik cərrah" barədə protokol tərtib edildi
- Rezidentura imtahanının nəticələri elan edildi