"Ömər aşırımı"nda qəza: xəsarət alan var

22:04 - 12 Dekabr 2023 - GÜNDƏM

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda maşın aşıb, xəsarət alan var.

BUTA.TV-ın Report-a istinadən məlumatına görə, avtomobil yolunun "Ömər aşırımı" adlanan ərazidən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, Gədəbəy rayon sakini, 1964-cü il təvəllüdlü Ərrahman Əsgərov xəsarət alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol